Əsas məzmuna keç

Qoşma

Ey ilhamım! Zəhərin də şirinmiş

Zəlimxan Yaqub

1

Ey ilhamım! Zəhərin də şirinmiş, Şəkərincə, şərbətincə, balınca. Qoy təbiət alsın cavan canımı, Könül qırıb, səni məndən alınca.

Anam kimi açılıbdı qolları, Qucaqlayaq gəl-gəl deyən yolları. Seyr eyləyək yaşılları, alları, Heydən düşüb, yarı yolda qalınca.

Xoş olmazmı sözdən naxış vurmağım, Hər ürəkdə isti yuva qurmağım. Daha bəsdi dayanmağım, durmağım, Getməliyəm mən arzumun dalınca.

1974, 13 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.