Ey hilali-eyd qalibdir sənə əbruyi-yar
Ey hilali-eyd, qalibdir sənə əbruyi-yar, Hüsni-surət səndə bir var isə, onda iki var.
Yar əbrusinə bənzətməm səni, ey mahi-növ, Sən günəş birlə görünməzsən, sənə nə e’tibar.
Qaşlarındandır xəcil guya hilali-eyd kim, Gecə əskik görünür, gündüz çox olmaz aşikar.
Cilvə eylər mahi-növ el qarşısında şami-eyd, Sən girib ortaya qaşın göstər, ol dutsun kənar.
Natəvan gördüm hilali-eydi dün yarım kimi, Ol dəxi guya ki, zə’fi-ruzədən olmuş nizar.
Yeni ayi qaşların sövdası rüsva eyləmiş, Göstərirlər bir-birinə onu əhli-ruzigar.
Mahi-növdir bilməzəm taban şəfəqdən, yoxsa kim, Qana batmış növki-şəmşiri-əmiri-namidar.
Ol sərəfrazi-fələkrif’ət ki, rə’yi-rövşəni Eyləmişdir rəf’ mir’ati-həqayiqdən qübar.
Cövhəri-pakizeyi-zati-şərifi-kamili Aləmə lütfü mürüvvət mə’dənindən yadigar.
Şəfqətü qəhr ilədir bir sayəgüstər nəxl kim, Takdir əsli, verir həm qürə, həm əngur bar.
Qəhri ol rəngilə kim dərya mizacin xüşk edər, Çalsa gər Musasifət dəryayə tiği-abidar.
Şəfqəti ol rəsmə kim, atəş təbiətdən çıxar, Salsa Ibrahimvəş od üzrə lütf ilə güzar.
Həm təriqi-mə’dələt rə’yindən onun müstəqim, Həm əsasi-afiyət ədlindən onun üstüvar.
Ey səfayi-məşrəbin mülki-əzəltək bikəran, Vey bihari-himmətin bəhri-əbədtək bikənar.
Gər sən olsaydın əmiri-şövkəti-Iskəndəri, Vadiyi-hikmətdə bulmazdı Ərəstu iştihar.
Vər sən etsəydin qəbuli-minnəti-Nuşirəvan. Eyləməzdi hiç kim Büzürcmehrə e’tibar.
Məhzi-şər’ olmuş əfakəllah vücudi-kamilin Feyzi-təsvirü hədisü fiqhdən leylü nəhar.
Səfheyi-mehri-rüxündür mövdiyi-muri-nəbi, Çar təb’i-kamilin mə’vayi-mehri-çariyar.
* * *
Lüğət: Hilal – yeni çıxmış ay; Əbruyi – xəm – əyri qaş; Hüsni – göftar – söz gözəlliyi X; Mahi – taban – parlaq ay; Kənar – qucaq, ağuş; Natəvan – gücsüz, zəif; Ruzə – oruc; Nizar – zəif, arıq; Əhli – raz – sirr əhli, sirdaş; Taban – parlaq; Növki – xar – tikan ucu; Rövşən – işıqlı, aydın; Qübar – toz, kədər; Şərif – şərəfli, mübarək; Sayəgüstər – kölgəsi olan, hamı; Nəxl – xurma ağacı, fidan; Bar – yük; meyvə; dəfə; rəsmi qəbul; Mizaci – namiyyə – böyümək mizacı; Xüşk – quru; Abidar – sulu, təzə; Təriqi – hüda – hidayət yolu, doğru yol; Afiyət – sağlamlıq; Məşrəb – xasiyyət, içki qabı; Bəhri – bipayan – ucsuz-bucaqsız dəniz; Vadiyi – ğəm – qəm səhrası; Leyl – gecə; Nəbi – peyğəmbər; Təb – qızdırma