Əsas məzmuna keç

Qoşma

Ey eşqin Allahı

Zəlimxan Yaqub

1

Ey eşqin Allahı, yaxşı bax mənə, Məni bəndəliyə götürərmisən. Mənim xəyalımı bir yaylıq kimi, Yar gələn tərəfə ötürərmisən.

Səhranın sirdaşı küləkdi, qumdu, Torpağın naxışı toxumdu, tumdu, Mən qara kotanam, o qara şumdu, Mən səpən toxumu bitirərmisən.

Gah zildə dil açar, gah da ki, pəsdə, Hər gün sevənlərin qulağı səsdə. O sənin yanında, mən yerin üstə, Məni sevgilimə yetirərmisən.

2011, 4 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.