Ey dost
Gözümə hərgiz sənsiz görünməz cahan, ey dost, Nə cahan, bəlkə, təndə olsa gər səd can, ey dost.
Dostlarına bu işlər bivəfalıq deyilmi? Cana cəbrin artdırdın açdıqca zəban, ey dost.
Ol ki rüxsarın görüb, könül qondu sən yarə, Can verib qurtulmaq yox, heç ona imkan, ey dost.
Vəslinə ümmid edən üzmüş əlin canından, Çeşmin cəlladi-cahan, qaşındır kəman, ey dost.
Dəstiuri-zaman budur, məzlumə mürvət verlər, Şərara şövqün artar, etdikcə aman, ey dost.
Ümidli aşiqlərə vəsl ümmidin qət etdin, Aşiqlərə cəbr ondan oldumu bu yan, ey dost?
Məxdumqulu, bir məxluq, mən aşiqəm, sən məşuq, Gər desən: «İstəyim yox», varayın hayan, ey dost?