Əsas məzmuna keç

Qoşma

Ey binamaz, ey binamaz

Məxdumqulu Fəraqi

1

Vallahi-billahil-əzim, ey binamaz, ey binamaz, Bizar olar səndən xuda, ey binamaz, ey binamaz.

Hər kim ona versə səlam, ya versə bir loxma təam, Lənət yağar hər sübhü şam, ey binamaz, ey binamaz.

Ərşi-əladan dışarı, insü mələk, devü pəri, Bizar olar səndən varı, ey binamaz, ey binamaz.

Ruzi-qiyamət günündə, bilgil, tərəzi qurular, Əvvəl namazdan sorular, ey binamaz, ey binamaz.

Məhşər günü açsan gözün, qara olub qalar üzün, Bilməm nədir onda sözün, ey binamaz, ey binamaz.

Əl-ayağını bağlasa, duzəxə atıb daşlasa, Qalsan tamuda ta əbəd, ey binamaz, ey binamaz.

Hər kim bir namaz tərk edər, qəsdən qəza qılsa nətər, Belə dedi xeyrül-bəşər, ey binamaz, ey binamaz.

Hər binamaz ölsə ona xətmi-dua deyil rəva, Belə buyurdu Mustafa, ey binamaz, ey binamaz.

Məxdumqulu söyləyəni, həqq Mustafanın deyəni, Bir zərrə yoxdur yalanı, ey binamaz, ey binamaz.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.