Ey Asəfi-zəmanə, bu ovzai-halimi
Ey Asəfi-zəmanə, bu ovzai-halimi, Bir dinlə kim, kəlami-hesabi edim əda.
Bir cəm’ vurmuş idi mənim nəqdi-ömrümə, Əvvəl hesabda, hasibi-müstövfiyi-qəza.
Əsl ilə cəm’ məbləğini yoxlayan zaman, Etdi əbəs hesabını boşluqla ibtida.
Fazillərin kəraməti etdi kömək mənə, Xərcim tamam oldu mənim mədhi-Mürtəza.
Hər bir qəsidəmin də böyük e’tibarı var. Vermiş iki hədiyyə ona xəlq ilə xuda.
Əblaqini xəyal varımdır yarı böləm, Sərf eyləyəm yolunda: deyəm mədhilə səna,
Bir bax, bu cəm’ü xərcdə hər şey yerindədir, Təfsilim aydın oldu, müxtəsərim də fərəhfəza.
Əmr eylədi fələk yer əkim mən ömür boyu, Mən həm onun bu əmrini də eylədim rəva.
Göz yaşlarım gücüylə yaratdım hesabsız arx, Danə kimi səpildi sirişkim də torpağa.
Ol danələr bəla buludundan güc aldılar, Ta kim hüsulə gəldi belə xərməni-vəfa.
Tutdum onun əyarını mizani-şe’r ilə, Ondan gəlib pay aldı, budur cümlə övliya.
Böylə yekun vuruldu mənim kiştü karimə, Böylə verildi şe’rimə də qiymətü bəha.
Gəl sən özün bu halimə qal, Allah eşqinə, Mənsəblilər yolunda mənə vermə çox bəla.
Rəbbim həmişə qul eləsin bəxti qoy sənə, Qoy gözləsin həmişə qapından cahan əta.
* * *
Lüğət: Sirişk – göz yaşı; Qal – söz; Əta – bəxşiş