Əsas məzmuna keç

Müstəzad

Ey arizi əhli-nəzərə Kəbeyi-ülya

Seyid Əzim Şirvani

2

Ey arizi əhli-nəzərə Kəbeyi-ülya, Kəbə sənə şeyda. Kuyündü Mina aşiqə, yox-yox, dəxi əla, Qurban sənə dünya! Nazik bədənim, mahvəşim, bu nə səfərdir, Həngami-xətərdir. Hala ki, edib mehr Əsəd bürcünü məva, Var şidəti-gərma. Gün qarşısına çıxma ki, niylufəri-tərsən, Əfsürdələnərsən. Sərçeşmeyi-çeşmimdə gərəkdir sənə sükna, Ey gözləri şəhla. Ta yetməyə nazik tənüvə tabi-hərarət, Ey mahi-məlahət. Hər ləhzə günə pərdə çəkir göydə Məsiha, Ey şahidi-rəna. Ol bərgi-səməntək ayağın qoyma rikabə, Salma məni tabə. Qurbanın olum, payi-lətifin çəgər iyza, Ey laleyi-həmra. Nazik bədənin qərq eləmə aləti-cəngə, Əl vurma tüfəngə. Çiynində tüfəng bağı əgər zəxm edə peyda, Ölləm məni-rüsva. Xəncər nə rəvadır, gözəlim, muy miyanə, Salma məni qanə. Şaxi-qətəri çəkmə gəl ağuşuva, yara, Ey yari-dilara. Gər qeyr eləyə Beyti-xudavəndi ziyarət, Həm eyləyə ricət. Pişvazə nə lazım çıxasan, ey büti-ziyba, Vey şahidi-yəğma. Ey gül, sən özün Kəbeyi-ərbabi-səfasən, Həm nuri-xudasən. Xali-siyahindir Həcərül-əsvədə həmta, Ey mayeyi-sövda.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.