Əsas məzmuna keç

Qoşma

Əvvəl – son

Zəlimxan Yaqub

1

Boşuna gəlmədi heç kəs dünyaya, Hərə bir sevdanın səsinə gəlir. Yanar ocaqlara tutdu üzünü, Ürəklər isinə-isinə gəldi.

Sevilənin dostu, sevənin yarı, Könül çiçəklərdən bal çəkən arı. Yaxşı adamların yaratdıqları, Yaman adamların pisinə gəldi.

Saça bircə-bircə düşdükcə dənlər, Gözü pərdələdi gəzərgi çənlər. Zildən oxuyanlar, zildən gedənlər, Endi havaların pəsinə, gəldi.

Hay desən el-oba haya gələrdi, Çeşmələr coşardı, çaya gələrdi. Hamı bir-birinə toya gələrdi, Hamı bir-birinin yasına gəldi.

2010, 8 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.