Əsas məzmuna keç

Qoşma

Əvəzdi

Aşıq Ələsgər

1

Gözəllər sultanı, ay Səlbi xanım, Sallanışın bir mahala əvəzdi. Gözlərinə qiymət qoya bilmirəm, Qaşın min tümənlik mala əvəzdi.

Sürahi gərdənli, qəddi mötədil, Səni gül yaradıb Cabbari-Cəlil. Ləblərin şirəsi Abi- Səlsəbil, Ləzzəti dünyada bala əvəzdi.

Ələsgərin ağlın aldın sərindən, Saf gövhərsən, sərraf seçib dərindən. Sən bir gülsən şəbnəmlərin tərindən, Demək olmaz sənə lala əvəzdi.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.