Etiraz
Sənə bir işim düşüb, Bu iş düzələnədək Qartıyıb qocalmışam, Ağzımdan dişim düşüb. Ümidimi qırma, Boğazını cırma, Asta danış, bağırma! Sən onu istəyirsən İşi düzələn kişi Əyildikcə əyilsin, Hüzurunda baş əysin. Sənin düzəltdiyin iş, Sənin başına dəysin!
Yalta, 2010, 21 iyun