Əsas məzmuna keç

Qoşma

Eşqin kitabın açalım

Məxdumqulu Fəraqi

1

Səhər vaxtı, gəlin, dostlar, Eşqin kitabın açalım. Hər hürufda neçə söz var, Ona bir hesab kəsəlim.

Bu dünyada neçə dağ var, Neçə bostan, neçə bağ var, Neçə ölü, neçə sağ var, Ona layiq don biçəlim.

Ulusunu bilməyəndən, Pirə xidmət qılmayandan, Sözdən məna almayandan, Təndə can varkən qaçalım.

Aşiq Fəraq deyər ərzin, Ruzə, namaz deyən fərzin, Boynumuzda işbu kərzin, Can sağkən verib keçəlim.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.