Eşq ürəkdə meydan tutub
Sevgi şəri yaxın qoymur, Xoş dinir, xeyir yazdırır. İşığı paltar yerinə Əyninə geyir, yazdırır.
Eşq ürəkdə meydan tutub, Şahdı, əldə fərman tutub. Bir oğlana divan tutub, Bir qıza şeir yazdırır.
Əri, deyir, şamtək əri, Haqq yolunda axıt təri. Ürəyimdən keçənləri, Qələmə deyir, yazdırır.
2002, 7 avqust