Əsas məzmuna keç

Heca şeiri

Eşitməz

Zəlimxan Yaqub

1

Su versəydim, qurumazdı bu ağacın budaqları, Su versəydim, çatlamazdı bu meyvənin dodaqları. Allahınmı qarğışıdı, bəndəninmi günahıdı, Yoxa çıxdı, qaynamadı dağ döşünün bulaqları.

Balta çaldıq tarixinə, yara vurduq yaşına biz, Zirvəsində qartal vurub qan çilədik daşına biz. Elə oyunlar açmışıq təbiətin başına biz, Eşitməz insan oğlunu təbiətin qulaqları.

2000, 31 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.