Əsas məzmuna keç

Heca şeiri

Eşit məni, İlahi

Zəlimxan Yaqub

1

Məni qoyma sınmağa, Dözümü ver, tabı ver. İnamla doldurulmuş Sehrli bir qabı ver. Göndər Cəbrayılını, Oxut məni, oxuyum, Müqəddəs kitabı ver, Qırılmayan qələmi, Susmayan rübabı ver. Eşit məni, İlahi, Yoxsa, mən dediklərim, Al cənnəti əlimdən. Sən bu şair oğluna, Cəhənnəm əzabı ver!

2007, 20 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.