Əsas məzmuna keç

Heca şeiri

Ərköyün övladlar

Zəlimxan Yaqub

2

Dünya dövr eyləyir zaman içində, Yer göyə bağlıdır, göy yerə bağlı. Dünyada nə varsa bir can içində, Hamısı eşq adlı mehvərə bağlı.

Göylərin rəngi var güldə, çiçəkdə, Biri ağ, biri göy, biri sarıdı. Yağış da, dolu da, qar da, külək də Buludun ərköyün övladlarıdı.

2003, 15 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.