Ərənlər bu yolda hazırdır, hazır
Ərənlər bu yolda hazırdır, hazır, Müsahib lövhini dəftərdən qazır, Gərəksə, eyləsin min kərrə üzür, Onlar ilə yeyib-içənə lə’nət.
Ağlını bəyənib, iqrarın qoyub, Qalxıb havalanıb, nəfsinə uyub, Təbərra kömləgin əyninə geyib, Əzazil yurduna keçənə lə’nət. ___________ 1 Bizcə, “açılmaz” sözü yerinə burada “aşılmaz” sözü daha doğru olardı. Çox gü- man ki, orijinalda bu söz aşılmaz şəklində olmuşdur. Qaynaqlarda bu söz “açılmaz” şəklində olduğundan biz də eləcə saxladıq.
Bəyənməyib ərənlərin sözünü, Mənlik yurduna qondurmuş özünü, Haqq qapıdan döndərmişdir yüzünü, Əzazil donunu biçənə lə’nət.
Ariflər beylə dedilər uluya, Əzazil neyləsin qəlbi doluya, Təbərra oxundu yanlış biliyə, Kəndi biləsinə uçana lə’nət.
Xətayim der: – Birvəliyəm yol ilə, Sultanın töhfəsi hər dəm qul ilə, Könüldə kibr olub soyuq dil ilə Özün məhəbbətdən seçənə lə’nət.
Lüğət: Təbərra – uzaqlaşmaq, uzaq durmaq; Əzazil – şeytan; Kəndi – özü; Kibr – məğrurluq, qürurluq; Dil – ürək