Əsas məzmuna keç

Qoşma

Ərəb dilli, sevdiyim

Məxdumqulu Fəraqi

1

Boyadılar köynəyini qan ilə, Adı bəlli, ərəb dilli sevdiyim. Ayrılıqda yaundu atan can ilə, Adı bəlli, ərəb dilli sevdiyim, Şam əbalı, Rum qəbalı cananım.

Ağla-ağla cəfaların dərdindən, Qorxa-qorxa səhraların qurdundan, Ayrıldın atandan, Kənan yurdundan, Adı bəlli, ərəb dilli sevdiyim, Şam əbalı, Rum qəbalı cananım.

Çılpaq oldu, gül bədənin soyuldu, Daği-hicran sinən üstə qoyuldu, Ağlamaqdan Yaqub gözü oyuldu, Adı bəlli, ərəb dilli sevdiyim, Şam əbalı, Rum qəbalı cananım.

Gəldi ol dəm qardaşların böyrüşüb, Qorxusundan qurdlar gəldi yüyrüşüb, Gələn guduk üstə durdu çırpışıb, Adı bəlli, ərəb dilli sevdiyim, Şam əbalı, Rum qəbalı cananım.

Məxdumqulu deyər, aləm paxıldı, Fələk səni Misrə aldı, çəkildi, Peşman olub, ayağına yıxıldı, Adı bəlli, ərəb dilli sevdiyim, Şam əbalı, Rum qəbalı cananım.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.