Əsas məzmuna keç

Qoşma

Ənbər saçdılar

Məxdumqulu Fəraqi

1

Məhəmməd gələcək deyə asmanda Mələklər müşk ilə ənbər saçdılar. Bağlı idi, açılmazdı əvvəllər, Qırx gündən irəli qapı açdılar.

Məhəmməd basıldı Bədrin cəngində, Bir neçə müsəlman qaldı yanında, Şahi-mərdan çıxıb gəldi sonunda, Atın gövdəsindən al qan saçdılar.

Axırı kafirdir, əvvəli tərsa, Mələk pərin atar asmanda görsə, Dağyanus dövründə neçə kimlərsə Bir it ilə həmrah olub qaçdılar.

Rüstəm dağ sürərdi bir əfi ilə, Devlər titrəşərdi gürz xofu ilə, Xoca Əhməd Yəsəvi yüz sufı ilə Dəryanı gəmisiz böylə keçdilər.

Məxdumqulu təcüb qaldı bir işdə, Yer üzündə tutmaq üçün səriştə, Harut, Marut adlı iki fəriştə Babil quyusunda çaya düşdülər.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.