Əsas məzmuna keç

Qoşma

Ən böyük yalan

Zəlimxan Yaqub

2

Kül kimi sovurduq vaxtı göylərə, Ayların, illərin talanı buymuş. Allahdan bir uzun ömür istədik, Baxanda gördük ki, olanı buymuş.

Qəm adlı uçurum var, dərd adlı dərə, Bir xilas yolunu axtarır hərə. Kəsdi qarşımızı, kəsdi bənd-bərə, Zamanın döngəsi, dalanı buymuş.

Bir əsri çatdırmır əvvəldən sona, Ömür qurban gedir şaxtaya, dona. Kim ölməz söylədi insan oğluna, Dünyanın ən böyük yalanı buymuş.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.