Əsas məzmuna keç

Qoşma

Ən böyük var-dövlət

Zəlimxan Yaqub

1

Bac verməz sultana, baş əyməz şaha, Sevinci son qoyar amana, aha. Qızıldan qiymətli, gövhərdən baha, Ən böyük var-dövlət insan qəlbidir.

Dünya sevda dolu bir həyat olsa, Eşqin ocaqları çataçat olsa, Qurduğun imarət yetmiş qat olsa, Ən böyük imarət insan qəlbidir.

Əl bir ziyarətdir, üz bir ziyarət, Qaş bir ziyarətdir, göz bir ziyarət, Dağ bir ziyarətdir, düz bir ziyarət, Ən böyük ziyarət insan qəlbidir.

2012 Almaniya, Hannover

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.