Əsas məzmuna keç

Qoşma

Əmri-xan gələr

Məxdumqulu Fəraqi

1

Əməli caleh ol, yaxşı amal qıl, Bir gün sənə rəvan əmri-xan gələr, Əzrayıl gəlibən sıxar ayaqdan, Ağız tərəfındən əziz can gələr.

Ömrün axır olsa, təndən can gedər, Can durmaz, dayanmaz, səni tərk edər, Oğlun-qızın bunca ahü vay edər, Surət yatar, nə qulağa ün gələr.

Canını quş qoltuğuna salarlar, Surətini yer evində qoyarlar, «Mən rəbbük» der, Münkər-Nikir gələrlər, Sualına cavab yaman gen gələr.

Əmanət-xəyanət verməsən kərzi, Əda eyləməsən sünnəti, fərzi, Münkər-Nikir vurar ol odlu gürzü, Ağızdan, qabaqdan qara qan gələr.

Çıxma buyruğundan, ey Məxdumqulu, Cəhd eylə gün-gündən, ey Məxdumqulu, Dinçlik tapma bundan, ey Məxdumqulu, Qəbr içində sənə işlər kan gələr.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.