Əsas məzmuna keç

Qoşma

Əməkdə, zəhmətdə, hərəkətdədir

Zəlimxan Yaqub

1

Əməkdə, zəhmətdə, hərəkətdədir, Həm beynim, həm qəlbim, həm əlim mənim. Nurdu barmağımın süzülən təri, Torpağa can verər nəm əlim mənim.

Həmi ev ucaldar, həmi tar çalar, Həm gül tumarlayar, həm dağ parçalar. Qüdrəti önündə dağlar alçalar, Üzümü güldürər əməlim mənim.

Bütün zirvələrin ucası olsam, Ayı, qollarımla qucası olsam, Ən uzaq ulduza uçası olsam, Torpaqdı bünövrəm, təməlim mənim.

1974, 25 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.