Əsas məzmuna keç

Heca şeiri

Əlim qələm tanımazdı

Zəlimxan Yaqub

1

Bu torpağın övladıyam, Bu torpağa qurban olum. Yaşıl düzə könül verim, Qarlı dağa qurban olum. Bir Vətənin eşqi ilə, Min bir dəfə Vətən üçün Oda düşsə canım, azdı. Azərbaycan deyən zaman Qətrə-qətrə alovlanım, Gilə-gilə yanım, azdı. Bu arzular olmasaydı, Dilim kəlmə, gözüm işıq, Əlim qələm tanımazdı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.