Əsas məzmuna keç

Qoşma

Əlif qəddin dal olar

Məxdumqulu Fəraqi

1

Adəm oğlu, bu dünyada gəzərsən, Bir gün sənin əlif qəddin dal olar. Qafil olma, doğru yoldan azarsan, Bülbül kimi ötən dilin lal olar.

Axır zaman olsa, fitnələr dursa, Zalımlar yamanlıq məclisin qursa, Padişahlar rüşvət deyib dəm vursa, Fəqirlərə gün-nəfəqə hal olar.

Yaxşı-yaman, izzət qılar baylara, Fəqirlər, yoxsullar qalar vaylara, Hər igid ki, qərib düşsə caylara, Həsrət çəkər, hər bir ayı ıl olar.

Hər kimsə şəriət yolun bilməsə, Alimlərin sözün gözə almasa, Qırx yaşında kişi tövbə qılmasa, Onun işi hiylə, məkr, al olar.

Hər igid ki, qərib düşsə vətəndən, Xəbər sorar hər bir yoldan ötəndən, Naçar qalıb hacət dilər yetəndən, Hacəti bitməsə, qeylü-qal olar.

Gəl, ey dostum, çəkmə qayği-qəmi sən, Axıtma gəl gözlərindən nəmi sən, Bu dünyada qənimət bil dəmi sən, Qayğı çəksə, igid başı çal olar.

Məxdumqulu, nəsihətlər düzərsən, Xəlayiqin ürək-bağrın əzərsən, Lakin özün doğru yoldan azarsan, Rüstəm olan bir gün piri-Zal olar.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.