Əsas məzmuna keç

Qoşma

Əlidir

Məxdumqulu Fəraqi

1

Zərb uruban Cəngədilin şəhrinə, Kafirlərə qəzəb salan Əlidir. Göz yumub açınca qırx günlük yolu, Düldülə bir fərsax qılan Əlidir.

Başlar azad etdi dev qucağından, Əjdəha ləbindən, dağ bucağından, Darvazasın çəkib Xeybər dağından, Yeddi qala birdən dolan Əlidir.

Gəşt eylədi dağı-daşı ələyib, Qılınclar gəmirib, qanlar yalayıb, Doğru gəlib, Ədhəm qanın diləyib, Muqadilə qovğa salan Əlidir.

Arslan kimi qovdu kafir ovları, Güşad etdi neçə Kəbərövləri, Yer altından ölkə çapan devləri, Varıb, bölük-bölük qılan Əlidir.

Kəllə gəldi dərgahinə dad ilə, Nizam verdi sərxorlara xətt ilə, Kamkam qılınc ilə, Düldül at ilə, Taxtı-taca yetib varan Əlidir.

Məxdumqulu deyər, təndə bu canın, Yolunda nisar et Şahi-mərdanın, Əl uzadıb dörd küncünə dünyanın, Məhəmməd dininə salan Əlidir.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.