Əsas məzmuna keç

Heca şeiri

Elə bil gün düşüb qarın üstünə

Zəlimxan Yaqub

1

Damla yarpaqlarda əriyən kimi, Əritdin ömrümü, əritdin, gözəl. Gülüş dodaqlarda əriyən kimi, Əritdin ömrümü, əritdin, gözəl.

Dən saçın ağında əriyən kimi, Şamama tağında əriyən kimi, Piltə öz yağında əriyən kimi, Əritdin ömrümü, əritdin, gözəl.

Bağban baş endirər barın üstünə, Sürtər yanağını narın üstünə. Elə bil gün düşüb qarın üstünə, Əritdin ömrümü, əritdin, gözəl.

Fürsət nə amana, nə aha qalsın, Bahalı sevgimiz qoy baha qalsın. Ömrümüz bir az da sabaha qalsın, Çürütmə ömrümü, çürütmə, gözəl. Vallah, bu atəşdə kül olmaq olar, Əritdin ömrümü, əritdin, gözəl.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.