Əsas məzmuna keç

Gəraylı

Elə bil cənnət quşudu

Zəlimxan Yaqub

1

Bu qız mənə tanış gəlir, Od alıb, şimşək geyinib. Yandıracaq yeri-göyü, Alovdan köynək geyinib.

Nə sıx, nə də gen biçilib, Tül bədənə tən biçilib. Paltarı güldən biçilib, Əyninə çiçək geyinib.

Uçan şairin huşudu, Canı alan duruşudu. Elə bil cənnət quşudu, Elə bil mələk geyinib.

2004, 29 sentyabr Cenevrə

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.