Əsas məzmuna keç

Qoşma

El yaddaşı

Zəlimxan Yaqub

1

Ruhum – tər çiçəkdi, zər kəpənəkdi, Sözüm – bal arısı gül yaddaşında. Dil sözün ömrüdü, söz dilin ömrü, Oğulsan, hökm eylə, dil yaddaşında.

İncə duyğularla könlüm isindi, Kövrək xatirələr dindi, nə dindi. Kərəmin külü də qalmayıb indi, Qalan “Kərəmi”di tel yaddaşında.

Sözə şahlıq eylə, nə əyil, nə sın, Ömrü əbədidi nəğmənin, səsin. Qoy özündən küssün, eldən küsməsin, Kim qala bilməsə el yaddaşında.

2002, 30 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.