El gözünə qurbanam
El gözünə qurbanam, Tərəzidir, tərəzi. Heç kəs ilə heç zaman Yoxdu qəsdi, qərəzi.
O gözlərdə əks olub, Sevgisi də, kini də. Ədalətdir, ədalət, Tanrısı da, dini də.
Uca dağı el görər, Nə olsun çoxu görməz. El gözündən düşənin, Gözləri yuxu görməz.
İstəsən ki, həyatda Həyat boyu qalasan, Gərək elin, Vətənin Gözündə ucalasan!
1975, 21 aprel