Əkiz tayı
Əkiz qardaş-bacılar, Vüsal ilə Vüsalə. Biri bağda qızılgül, Biri çəməndə lalə. Vüsalə quzu kimi, Vüsal ondan xeyli kür. Aybəniz bir beşikdə İki körpə böyüdür. Fərhad baba Kənddədir, Darıxır şəhər üçün. Tez-tez gəlir Bakıya, Qoşa nəvələr üçün. Onun hər gəlişində Vüsalın öz payı var, Vüsalənin öz payı. Qayğılarla boy atıb Böyüyür əkiz tayı.