Ehtiyat
Qışın gəlişindən özünü gözlə, Qar-boran üstünü tez basa bilər. Ayaz qılınc çəkər, şaxta qan salar, Üşüyən qəlbini buz basa bilər.
Yayın gəlişinə gör ehtiyatı, Od-alov bağrına köz basa bilər. Qoru varlığını tozdan-dumandan, Hissini, duyğunu toz basa bilər.
2002, 3 aprel