Əsas məzmuna keç

Məsnəvi

ƏHİBBANIN RİCASI

Seyid Əzim Şirvani

2

Nə olur, ey ədibi-əhli-cahan, Edəsən pəndimi qəbul əlan, Çəkəsən şiveyi-qəzəldən əl, Qəzələ qoymayır qəzal məhəl. Bəsdir etdin bu dəkli şerə həvəs, Şeri almaz şəirə əsla kəs. Ehtiraq etdi kövkəbi-şüəra, Biəsərdir Ütaridü Şira. Sədi-əkbər qalıb səadətdən, Sədi-əsğər düşüb kəramətdən. Kövkəbi-Müştəri vəbalə düşüb, Afitabi-səfa zəvalə düşüb. Əhli-izzət cahanda xar olub, Qəsri-nadan zərnigar olub. Huşə gəl, mərdlik zamanı deyil, Dəxi bidərdlik zəmanı deyil. Olma bikar, ol mübaşiri-kar, Gərçi bimüştəri qalıb bazar. Yox mətai-hünər xəridarı, Saldı gərdun kəsadə bazarı. Demə əşar, rəsmi-şeri unut, İndi sən bir təriqi-digər tut, Nə olur nəqli-ənbiyayi-cahan, Ola türki dilində xəlqə bəyan? Cümlə ətfali-türkü şad edəsən, Özünə həm cahanda ad edəsən. Qala aləmdə yadigar sözün, Ola rövşən bu macərada gözün. Sözü ol yarın eylədi təsir, Necə kim, mey dilə verir təşvir. San Məsih idi ol mələksima, Eylədi mürdə könlümü ehya. Qıldı tərğib ol fəriştənihad, Oldu ruhül-qüdüs mənə ustad, Oldu təlim Adəmə əsma, Sənə həmd olsun, ey ilahi-səma! Pir idim, tifil oldu ustadım, Feyzi-həqdən yetişdi imdadım, Badeyi-nitqi etdi məst məni, Eylədi əmrə paybəst məni. Eylədim şərhi-halə bəs iqdam, Eylədi övni-qadirü əllam. Bu hekayətlər ənbiyadəndir, Şərh olub «Rövzətüs-səfa»dəndir. Bikəmü biş etmişəm təhrir, Vermədim hiç nüktəyə təğyir. Cümlə bir qövmə kim, olub havi, Dedim: «Əl öhdətü ələrravi».

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.