Əsas məzmuna keç

Qoşma

Edən kərim

Məxdumqulu Fəraqi

1

On səkkiz min aləmi bir dəmdə var edən kərim, Yeddi mərtəbə fələyi bərqərar edən kərim, Bəndələrə rəhmətin hər dəm nisar edən kərim, Ol məlaikləri göydə bişümar edən kərim, Qüdrətin iki cahanda aşikar edən kərim.

Kimləri gümrah qılıb, verdi ona rahi-zəlal, Kimləri mömin qılıb, özün tanıtdı bimisal, Hər kimi bir köyə saldı ol kərimü layəzal, Neçələr taqət ilə ömrün ötürdü mahü sal, Neçələri məsiyyətdə şərmisar edən kərim.

Ənbiyalar əfzəli ol Mustafa xeyrül-bəşər, Həm məlaiklər görüb, qıldı başına taci-sər, «Ya şafıqül-müznibin» deyə yad edərəm hər səhər, Qüdrətindən ol Məsihanı yaratdı bipədər, Odu İbrahim Xəlilə laləzar edən kərim.

Kimlərə verdi xudayım eyşü işrət bihesab, Kimilər həsrət ilə nan tapmayıb, bağrı kəbab, Kimlərə rahət əta gıldı, kimə verdi əzab, Dünya bir karvansaraydır, ötdü burdan şeyxü şab, Hər kimə təqdiri-qismət ruzigar edən kərim.

Kimləri şah eyləyib, verdi mürəstə tac ona, Kimləri fəqrü fənada eylədi möhtac ona, Neçələrə verdi dövlət, neçələr qəllac ona, Dostum deyib lütf qıldı leylətül-merac ona, Mustafanın dostlarını çarıyar edən kərim.

Əvvəla, iki cahanı var edən qadir xuda, Neçə qullar həq yolunda eylədi canın fəda, Neçələr fisqi-fəsada qıldılar ömrün əda, Dünyaya gələn gedər bayü fəqir, şahü gəda, Hamı qulu şum ölüm əlində zar edən kərim.

Məqsədin, Məxdumqulu, sən həq-təaladan dilə, Qafil olma gecə-gündüz ol xuda zikri ilə, Biz tək asi qullara, şayəd, xuda rəhmət qıla, Ömrünü zaye keçirmə, hasilin vermə yelə, Bil, hamının yerini axır məzar edən kərim.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.