Əsas məzmuna keç

Qoşma

Əcəb əyyam gəlmədi

Məxdumqulu Fəraqi

1

Nadan mənəm, düşdüm fələk toruna, Çox gözlədim, əcəb əyyam gəlmədi. Dözəmmirəm indi hicran zoruna, Çox gözlədim, əcəb əyyam gəlmədi.

Qırxa qədəm qoydum, badəm dolmuşdır, Ondan əfğan çəkib, könlüm qalmışdır, Niyyət mənə yaman həmrah olmuşdır, Çox gözlədim, əcəb əyyam gəlmədi.

Gəldi qara bəla, eli doladı, Dəhan açıb, dili ilə yaladı, Bir it imiş, kimi gördü daladı, Çox gözlədim, əcəb əyyam gəlmədi.

Qəribdə bəxt yoxdur, mərəkə görməz, Haq sevsə də, iqbalına mal verməz, At minib çapsa da, cidarlı, getməz, Çox gözlədim, əcəb əyyam gəlmədi.

Niyyəti yamandır, xəsis mal yığar, Yeyə bilməz, hər dəm iştahın boğar, Malı haram olar, başından yağar, Çox gözlədim, əcəb əyyam gəlmədi.

Haqq sözümə deyər mollalar qələt, Yalan sözə verər oldular xələt, And içdilər, əritdilər, bax, polad, Çox gözlədim, əcəb əyyam gəlmədi.

Məxdumqulu, dili odlu, od saçar, Üz görməz, nakəsin eybini açar, Allah qanad versə, Hindistan uçar, Çox gözlədim, əcəb əyyam gəlmədi.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.