Əsas məzmuna keç

Heca şeiri

Əbədiyyət xülyası

Zəlimxan Yaqub

1

İlləri saldım yola, yolun ortasındayam, Zamanın iş-peşəsi başımı qatmaq oldu. Kiminin toyundayam, kiminin yasındayam, Nə bir rahat yaşamaq, nə şirin yatmaq oldu. Vaxt olmadı gülləri doyunca qoxlamağa, Tikanın işi-gücü gözümə batmaq oldu. Gücüm çatmadı vaxtı yerində saxlamağa, Zamanı nə ləngitmək, nə də yubatmaq oldu. Ulu şairlər kimi mən qurşandım alverə, Vəzifəm dərdi alıb, kədəri satmaq oldu. Əbədiyyət xülyadı, can atdım nahaq yerə, Nə əvvələ qayıtmaq, nə sona çatmaq oldu.

2001, 8 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.