Əsas məzmuna keç

Qoşma

Əbədi yerində qalmaz bir qala

Zəlimxan Yaqub

1

Sünbülün saraldı, döyülməlisən, İştah da, tamah da vəl ağzındadı. Xırmanlar sovurar, küləklər qovar, Dən kimi ömrümüz yel ağzındadı.

Ölməzlik eşqinə düşmə nahaqdan, Ölümün fərmanı haqdandı, haqdan. Şimşək başdan vurar, dalğa ayaqdan, Qayalar həmişə sel ağzındadı.

Qaya parça-parça, daş tala-tala, Əbədi yerində qalmaz bir qala. Lap belə bu əsri o əsrə cala, Yenə qəbir evi bel ağzındadı.

2002, 7 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.