Duyğular durna qatarı
Şaxta, məndən uzaq dayan, Sevgimin çiçək vaxtıdı. Bəlkə də bu çiçəkliyin, Gözəllikdə tək vaxtıdı.
Payız, gəlmə mənə sarı, Qış, yağdırma vaxtsız qarı. Duyğular durna qatarı, Ruhumun lələk vaxtıdı.
Söz var, haqqa demək üçün, Söz var, haqdan kömək üçün. Allahdan istəmək üçün, Ən şirin dilək vaxtıdı.
2002, 22 yanvar