Əsas məzmuna keç

Qoşma

Düşsən dərdi-bəlaya

Məxdumqulu Fəraqi

1

«Əlif» əvvəl-ibtida, həmdin yetir xudaya, «Bi» boş yürmə qulluqda düşsən dərdi-bəlaya, «Ti» dur xabi-qəflətdən, ömrün gəlmiş oraya, «Si» sağar var, hazır ol, «cim» cəhd eylə yaraya, «Hi» helmin hörməti çün rəhm et mən binəvaya.

«Hi» həsrətli ələmi səndən özgə kim eylər, «Dal» dərdimə dəvanı səndən özgə kim eylər, «Zal» zümreyi-günahə «ri» rəhmin məlhəm eylər, «Zi» zor eyləsə həşmin, küllüsin bərhəm eylər, «Sin» səhərlər bidar et, sal çeşmimi oyağa.

«Şin» şövqünə düşənlər, «sad» səbr edib durmazlar, «Zad» ziyanı anlarlar, ha yürürlər, varmazlar, «Tay» tələbi-didarın aram-qərar qılmazlar, «Zay» zahirdir, «əyn» elmin bildirməsən bilməzlər, «Ğəyn» qəflət içində qoyma məni pirayə.

«Fi» fikrini qılana, «qaf» qüdrətin bəs döymü, «Kaf» «kon» deyən binana, «lam» ləmatın bəs döymü, «Mim» məna anlayana, «nun» nemətin bəs döymü, «Vav» vəslinə yetincə, «hi» hicrətin bəs döymü, «Lam-əlif» yox etibar dünyayi-bivəfayə.

«Ya» yalançı dünyanın peşəsi al iləndir, Alın görüb güvənmə, dibi zaval iləndir, Çərxin işi hər zaman bir ayrı hal iləndir, Məxdumqulu, bir könlüm yüz min xəyal iləndir, İşim asan etməsən, dönər, sübhi-sabaha.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.