Əsas məzmuna keç

Qoşma

Düşmüşəm

Aşıq Ələsgər

1

Hərcayının, dilbilməzin ucundan, Dönə-dönə nə ziyana düşmüşəm! Doymaq olmaz gözəllərin boyundan, Pərvanə tək yana-yana düşmüşəm.

Dövlətim çox oldu, qıymadım pula, Kor oldu gözlərim, yapışdım dula, Nə ölür, nə itir, canım qurtula, Məcnun kimi biyabana düşmüşəm.

Ələsgər keçibdi namus-arından, Aləm yatmaz mənim ahü zarımdan, Boşasam qorxuram oğlanlarımdan, Boşuya bilmirəm, qana düşmüşəm.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.