Düşməz
Gözlərimin rövşəni Əcəb nurana düşməz. Baği-İrəm gülşəni Fani cahana düşməz.
Boş qoyubsan bu səri, Vurdu eşqin əsəri, Can şəhrində bir pəri Bazar-dükana düşməz.
Sevdiyim şirin candır, Ol pəriyə qurbandır, Külli aşiq heyrandır, Atəş-suzana düşməz.
Mən fəqirəm, neyləyim, Dərdi-halım söyləyim, Yarım tərif eyləyim, Qeyri zəbana düşməz.
Türküstandır xəyalım, Açgil, tanrım, sən yolum, Hicran qərq edən salım Dəli ümmana düşməz.
Siyahdır bitən gülü, Amma şirindir dili, Dəşt içrə ərəb eli Adil fərmana düşməz.
Gözüm görmüş Hindistan, İran ilə həm Əfqan, Ümman, Xəzər, Dehistan... Yürsəm, mizana düşməz.
Mərd igidə ver qeyrət, Viranı qılgil abad,
İti qılınc, ərəb at Feli-yamana düşməz.
Qibləyə tutdum üzüm, Qələt deyildir sözüm, Məxdumqulu der, gözüm Qeyri vətənə düşməz.