Əsas məzmuna keç

Qoşma

Düşməyəydi

Zəlimxan Yaqub

1

Yenə közə döndü bağrımın başı, O günlər yadıma kaş düşməyəydi. Qara gilələrdən al yanaqlara, Süzülüb bir damla yaş düşməyəydi.

Bir eşqim var idi, bulaqdan duru, Qurudu, axırda oldu qupquru. Sənin gözlərindən həyatın nuru, Mənim üzüyümdən qaş düşməyəydi.

Qəlbim gənc olaydı, saçlarım şəvə, Gəzəydim dünyanı mən sevə-sevə. Nolaydı, Zəlimxan, qurduğun evə Taleyin əlindən daş düşməyəydi.

1972, 27 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.