Əsas məzmuna keç

Heca şeiri

Düşmən

Zəlimxan Yaqub

1

Dilinə qan sözü gətirmə daha, Sən ona düşmənsən, o sənə düşmən. Əzilən əzənə ölüm arzular, Kəsilən həmişə kəsənə düşmən.

Yaş gözə bağlandı, göz yaşın oldu, Öz ağlın, öz əlin öz başın oldu. Hamı dostun oldu, qardaşın oldu, Kimdi qandan qeyri de, sənə düşmən.

2011, 22 may Almaniya, Hannover

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.