Düşmə sevgidən qaçaq
Min-min kitab yazılır, Bir şamın işığında. Hər kitab bir ocaqdı, İlhamın işığında.
Halal sünbül, halal dən, Maya tutur halaldan. Qüvvət alır əl əldən, Salamın işığında.
Dönür sərvətə, zərə, Batır müşkə, ənbərə. Vəhy gəldi peyğəmbərə, Kəlamın işığında.
Dərd gəlsə qucaq-qucaq, Düşmə sevgidən qaçaq. İnsan xoşbəxtdir, ancaq İnamın işığında.
2005, 1 oktyabr