Düşərsən
Məğrurluq eyləyib, ustadam demə, Vaxt olar, bir yerdə dara düşərsən. Daş tülək deyilsən, çolpa balasan, Sərgərdan qalarsan, tora düşərsən.
Alçaqda dayan ki, çıxasan başa, Tülküsən, aslanla girmə savaşa, Gəl yapışma gücün çatmayan daşa, Götürə bilməzsən, zora düşərsən.
Bizə satmagınan işvə-nazını, Zimistana döndərərəm yazını; Soyaram libasın, allam sazını, Yal-quyruğu yoluq, yola düşərsən.
Saxla dilin, özün üçün yağıdı, Aşıq Ələsgərin odlu çağıdı, Çalar qaynağına, səni dağıdı, Göydən yerə para-para düşərsən.