Əsas məzmuna keç

Gəraylı

Düşəcək

Zəlimxan Yaqub

1

Bu istilər gəldi keçdi, Daha soyuqlar düşəcək. Əsər payız kölgələri, Budaqlardan bar düşəcək.

Dağda sükut, daşda sükut, Səssizliyin yasını tut. Kövrələndə qara bulud, Yerə, yurda qar düşəcək.

Ağ ulduzlar asım-asım, Hansını bağrıma basım? Rəhmət sənə, Xəstə Qasım, Yada yenə yar düşəcək.

2000, 30 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.