Əsas məzmuna keç

Qoşma

Düşdü

Aşıq Ələsgər

1

Çərşənbə günündə, çeşmə başında Gözüm bir alagöz xanıma düşdü. Atdı müjgan oxun, keçdi sinəmdən, Cadu qəmzələri qanıma düşdü.

İşarət eylədim, dərdimi bildi, Gördüm həm gözəldi, həm əhli-dildi. Başını buladı, gözündən güldü, Güləndə qadası canıma düşdü.

Ələsgərəm, hər elmidən halıyam, Dedim: sən təbibsən, mən yaralıyam, Dedi: nişanlıyam, özgə malıyam, Sındı qol-qanadım, yanıma düşdü.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.