Əsas məzmuna keç

Heca şeiri

Düşdü

Zəlimxan Yaqub

1

Gülə döndüm, güllər kimi açım dedim, Yaz olmamış payız gəldi, sazaq düşdü. Ağac oldum, yeri-göyü qucaqladım, Budağımdan gündə neçə yarpaq düşdü. Kitab kimi öz ömrümü varaqladım, Kötüyündən silkələndi, varaq düşdü. Dedim, durum saçlarıma sığal çəkim, Telim getdi, əllərimdən daraq düşdü. Mən dünyaya gör nə qədər yaxın oldum, Dünya məndən gör nə qədər uzaq düşdü!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.