Düş bircə gün qürbətə
Nə dağ var, nə duman var, Gözümdəki çən nədir?! Mən ki qocalmamışam, Saçımdakı dən nədir?!
Nə görmüşdüm, nə görüm, Qəm çörəkdi, ye görüm. Dərddən uca de görüm, Bu dağlara tən nədir?!
Hicran dönür hicrətə, Qəm dönür fəlakətə. Düş bircə gün qürbətə, Bilərsən vətən nədir!
Almaniya, München xəstəxanası, 2008, 13 mart