Əsas məzmuna keç

Sərbəst şeir

Dürüst olmaq

Zəlimxan Yaqub

1

İnsanda taleyə bax, Gah qaynadı, qabardı, gah sustaldı, süst oldu. Gah qara palçıq kimi, Qaldı ayaqlar altda. Gah mərmərə çevrilib heykəl oldu, büst oldu. Sevgiylə ucalanlar, Qaldı ucalığında. Zor gücünə qalxanın sarayı alt-üst oldu. O insanlar döndü ki, könüllər sultanına, Hər işdə, hər əməldə, hər sözdə dürüst oldu.

2011, 7 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.