Dünyası
Körpə nəfəsində bahar ətri var, Çiçəkdən zərifdi uşaq dünyası. Torpaq da, səma da çəkər nazını, Gözəldi kök üstə budaq dünyası.
Ay cərgə-cərgədir, il axın-axın, Yeldən qanad taxan günlərə baxın. Nə qədər çağırdım, gəlmədi yaxın Qaynar eşqimizin uzaq dünyası.
Qəlbində sabahın eşqi, uğuru, Gözündə günəşin tükənməz nuru. Nə qədər təmizdir, nə qədər duru, Dəniz ömrümüzün bulaq dünyası.
1976, 28 iyul Xankəndi